Qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının yüksəlişi Prezident İlham Əliyevin səmərəli siyasətinin nəticəsidir İqtisadiyyat

Qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının yüksəlişi Prezident İlham Əliyevin səmərəli siyasətinin nəticəsidir

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. İclasda dövlət başçısı qeyd edib ki, birinci rübdə Azərbaycanda ümumi daxili məhsul 6,8 faiz artıb, üç ay ərzində xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 milyard dolları ötüb və bir il ərzində xarici borcu 600 milyon dollardan çox azaltmağa mümkün olub.

Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Azərbaycan İqtisad Universitetinin professoru Elşad Məmmədov Trend-ə deyib ki, Azərbaycanda qeydə alınan müsbət iqtisadi göstəricilər əsasən səmərəli sosial inkişaf siyasətinin nəticəsidir.

Ekspertin fikrincə, irimiqyaslı sosial layihələrin həyata keçirilməsi daxili bazarın ödəmə qabiliyyətini xeyli dərəcədə təmin etməyə imkan verib.

Onun sözlərinə görə, xüsusi karantin rejimi dövründə bu, Azərbaycanda sosial-iqtisadi siyasətin həyata keçirilməsi baxımından son dərəcə vacib olub.

"Sosial xərclərin artması iqtisadi komponentdə müsbət tendensiya formalaşdırır və daxili bazarı, iqtisadi artımı və istehsalın artımını dəstəkləmək üçün bir vasitədir. Bundan əlavə, əhalinin alıcılıq qabiliyyətinin artması həmişə iqtisadi artım üçün stimuldur. Hesab edirəm ki, səmərəli sosial tədbirlər Azərbaycan iqtisadiyyatında müsbət tendensiyalara nail olmağa imkan verib", - deyə E.Məmmədov bildirib.

O, həmçinin qeyd edib ki, əhalinin sosial müdafiəsi sahəsində müsbət nəticələrin əldə edilməsi müvafiq dövlət strukturlarının səmərəli fəaliyyəti nəticəsində mümkün olub:

"Şəffaflığa nail olmaq və korrupsiyaya qarşı mübarizə sosial xərclər üçün vəsaiti azad etməyə imkan yaradır. Eyni zamanda, sosial xərclərin artması Azərbaycanda iqtisadi artımı və işgüzar fəallığı stimullaşdırır. Eyni zamanda, hesab edirəm ki, dünya enerji bazarındakı əlverişli vəziyyət Azərbaycan iqtisadiyyatının gücünü artırmağa imkan verib. Azərbaycanın xarici ticarət balansının 5 milyard dollara yaxın müsbət saldosu ölkəmizin iqtisadiyyatının miqyası üçün mühüm göstəricidir və onun valyuta siyasətini stabil idarə etməyə imkan verir. Yuxarıda göstərilənlərin hamısı xarici amillərdən asılılığın aradan qaldırılması baxımından öz rolunu oynayıb. Azərbaycanın xarici borcunun təxminən 600 milyon dollar azaldığını görürük ki, bu da öz növbəsində daxili iqtisadiyyatın xarici amillərdən asılılığının azaldılmasında müsbət nəticələrin əldə olunmasından xəbər verir".

İqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadənin qeyd edib ki, Azərbaycan bu gün müxtəlif neqativ təsirlərin altında dünyanın getdikcə daha çox ölkəsinin yaşadığı makroiqtisadi çağırışlara hazırdır:

"Burada pandemiyanın davam edən nəticələrinin təsirindən, tədarük zəncirinin pozulmasından, qlobal iqtisadiyyatın müxtəlif sektorlarında böhrandan, Rusiya-Ukrayna münaqişəsindən danışmağa dəyər. Qlobal iqtisadiyyat da Ukraynadakı hərbi əməliyyatların nəticələrini yaşayır. Bu şəraitdə yalnız effektiv makroiqtisadi tənzimləmə mexanizminə malik olan və davranış xəttini düzgün müəyyən edə bilən dövlətlər qalib olur. Ölkəmiz isə bu çağırışları ləyaqətlə qəbul edən azsaylı dövlətlər sırasında olub”, - deyə İ.Vəlizadə bildirib.

O qeyd edib ki, Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verən bir sıra makroiqtisadi amillərə diqqət yetirmək lazımdır:

"Xüsusilə, dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərində nəzərəçarpacaq artımı qeyd etmək lazımdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosunun mühüm hissəsi ölkəmizin ixrac etdiyi enerji daşıyıcıların payına düşür. Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialı da artır. Bildiyiniz kimi, son illər ölkəmizdə bu sahə fəal inkişaf edir və 2021-ci ildə qeyri-neft məhsullarının ixracının ümumi həcmi 2,7 milyard manat təşkil edib. Bundan əlavə, Azərbaycanda bir sıra sahələrdə idxalın əvəzlənməsi üzrə işlər aparılır. Əlavə dəyəri yüksək olan məhsulların payına da diqqət yetirməlisiniz. Bundan əlavə, Azərbaycanda bir sıra sahələrdə idxalın əvəzlənməsi üzrə işlər aparılır. Əlavə dəyəri yüksək olan məhsulların payına da diqqət yetirməlisiniz. Bu baxımdan, Azərbaycanda əvvəlki illərdə kənd təsərrüfatı məhsulları nəzərəçarpacaq dərəcədə fərqlənirdisə, son vaxtlar kimya məhsullarının payının artdığını müşahidə edirik”.

İ.Vəlizadə onu da bildirib ki, Rusiya və Belarusdan mineral gübrələrin tədarükünün azalması fonunda qlobal miqyasda böhran yaşanır:

"Ölkəmizdə mineral gübrələrin, xüsusən də karbamid gübrələrinin öz istehsalı var və bu gübrələr uğurla xarici bazarlara çıxarılır. Yaxın illərdə Azərbaycan ən azı öz regionunda ən böyük mineral gübrə ixracatçılarından birinə çevrilə bilər. Bundan əlavə, son illər Azərbaycana investisiyalar qoyulub və bu gün iqtisadiyyatı şaxələndirən bir çox müəssisələr istifadəyə verilib. Azərbaycanda qeyri-neft sənayesinin inkişafı üçün əlavə imkan yaradan işğaldan azad edilmiş ərazilərin potensialını da qeyd etmək istəyirəm. Aparılan genişmiqyaslı bərpa işləri ilə əlaqədar olaraq yaxın illərdə bu ərazilərin qeyri-neft məhsullarının istehsalında xüsusi çəkisinin durmadan artacağını gözləmək olar".