AÇG və "Şahdəniz" yatağından əldə olunan gəlirlər açıqlanıb İqtisadiyyat

AÇG və "Şahdəniz" yatağından əldə olunan gəlirlər açıqlanıb

"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yatağından əldə olunan gəlirlər açıqlanıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan Trend-ə bildirilib ki, 2001-ci ildən 1 aprel 2022-ci il tarixinə qədər AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 157 239 mln mln. dollar olub.

Bu ilin ilk 3 ayında isə AÇG yatağından 1 866 mln. dollar gəlir götürülüb.

2007-ci ildən 1 aprel 2022-ci il tarixinə qədər Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 911 mln. dollar, bu ilin ilk 3 ayında isə 359,125 mln. dollar olub.

O cümlədən, bu il Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 62,494 mln. dollar təşkil edib.