Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 884 faiz yerinə yetirib İqtisadiyyat

Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 884 faiz yerinə yetirib

2022-ci ilin iyununda Azərbaycanda kondensat nəzərə alınmadan neft hasilatı 0,52 milyon barel/sutka təşkil edib.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

May ayında bu göstərici 0,57 milyon barel/sutkaya bərabər idi.

Qeyd olunub ki, iyun ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 884 faiz yerinə yetirib.

2022-ci iyun ayı üzrə hədəf göstərici 0,7 milyon barel/sutka müəyyən edilmişdi.