Təbii qaza olan fyuçerslər bahalaşıb İqtisadiyyat

Təbii qaza olan fyuçerslər bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

"APA-Economics"in məlumatına görə, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə, 1,95% artaraq 7,15 ABŞ dolları təşkil edib.