Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb İqtisadiyyat

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,53% artaraq 1 759,55 ABŞ dollarına bərabər olub.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,13% artaraq 20,09 dollar təşkil edib.