Azərbaycan “OPEC plus”un sentyabrda gündəlik hasilatı 100 min barrel artırmaqla bağlı qərarını dəstəkləyib İqtisadiyyat

Azərbaycan “OPEC plus”un sentyabrda gündəlik hasilatı 100 min barrel artırmaqla bağlı qərarını dəstəkləyib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barrelə çatdırılması nəzərdə tutulur.

“OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasının 05 sentyabr tarixində keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, bu dəfəki nazirlər iclası avqustun 1-dən etibarən vəzifəsinin icrasına başlayan OPEC-in yeni baş katibi küveytli Haysam Əl-Qaysın (Haitham Al Ghais) rəhbərliyi ilə keçirilmiş ilk iclasdır.