bp BTC kəməri ilə neft ixracını artırıb İqtisadiyyat

bp BTC kəməri ilə neft ixracını artırıb

2022-ci ilin birincia yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ixrac olunmuş təqribən 14,1 milyon ton (təxminən 107 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 148 tankerə yüklənib və yola salınıb.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

Ötən ilin eyni dövründə bu göstərici 99 milyon barel təşkil etmişdi. Beləliklə, BTC ilə neft ixracı il ərzində 8,08 faiz artıb.

Ümumilikdə, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə təqribən 516 milyon tondan çox (3,87 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 087 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.