Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Türkiyə 2022-ci ilin yanvar-noyabr aylarında Qazaxıstana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artıraraq 106,2 milyon dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Oktyabr ayında Türkiyə Qazaxıstana avtombil sənayesi məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 13,4 dəfə artaraq 20,5 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 27,8 milyard dollara bərabər olub.
Bu ilin noyabr ayında Türkiyə 2,9 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 13,7 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2021- noyabr 2022) Türkiyə 30,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.