Bakı Gəmiqayırma Zavodunun İdarə Heyəti yaradılıb, sədr təyin edilib İqtisadiyyat

Bakı Gəmiqayırma Zavodunun İdarə Heyəti yaradılıb, sədr təyin edilib

“Bakı Gəmiqayırma Zavodu” MMC-də İdarə heyəti yaradılıb.

MMC-dən Trend-ə verilən məlumata görə, Elşad Nuriyev İdarə Heyətinin sədri təyin edilib.

“Bakı Gəmiqayırma Zavodu” MMC-nin icraçı direktoru İmanverdi Həsənov isə İdarə Heyətinin üzvü seçilib.
Elşad Nuriyev həm də İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədridir. Qeyd edək ki, E.Nuriyev 2022-ci ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, “Bakı Gəmiqayırma Zavodu” MMC 2011-ci ilin mayında yaradılıb. Onun 446.97 milyon dollar nizamnamə kapitalı var və kapitalının da 70.21%-i SOCAR-a məxsusdur.