Azad sahibkarlıq və liberal iqtisadi siyasət İqtisadiyyat
Müstəqillik illərində Azərbaycanda həyata keçirilən səmərəli və uğurlu iqtisadi siyasət nəticəsində ölkədə dayanıqlı və sabit iqtisadi sistemi formalaşmış, iqtisadiyyatın bütün sahələrində yüksək nailiyyətlər əldə edilmiş, iqtisadiyyatda özəl sektorun xüsusi çəkisi, sahibkarlığın rolu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmaqla, ölkədə iqtisadi və sosial problemlərin həllinin, iqtisadi artımın mühüm amili hesab olunur. Sahibkarlığın inkişafı üçün vacib olan qanunvericilik bazası yaradılmış, sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsini, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, sahibkarlıq mühitinin sağlamlaşdırılmasını təmin edən müvafiq normativ hüquqi aktlar qəbul edilmişdir.
Bunların nəticəsidir ki, son illər Azərbaycanda ÜDM-də iqtisadiyyatın bütün sahələri üzrə qeyri-dövlət bölməsinin payının artımı müşahidə olunur. Əgər 2000-ci ildə ÜDM-də özəl sektorun payı 70,8 faiz idisə, sonrakı illərdə artaraq 2005-ci ildə 77,8%-ə, 2010-cu ildə 81,7%-ə, 2014-ci ildə 81,9 faizə yüksəlmişdir. 2000-2014-cü illər ərzində özəl sektorun payı ticarət və xidmətlər sahəsində 98,3%-dən 99,8%-ə, nəqliyyatda 62,6%-dən 78,5%-ə, rabitədə 57,8%-dən 80%-ə yüksəlib, sosial və digər xidmətlər sahəsində isə 2005-ci ildəki 31,8%-dən 2014-cü ildə 55,2%-ə çatıb. Son məlumatlara görə, Azərbaycanda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı bir qədər də artaraq 662 minə yüksəlib.
Aydın məsələdir ki, ölkədə bundan sonrakı iqtisadi artım, müasir texnologiyaların tədbiqi, özəl sektordan dövlət büdcəsinə vergi daxilolmalarının artması, ərzaq təhlükəsizliyi problemlərinin həlli, işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması həm də sahibkarlığın inkişafından və milli sahibkarlar təbqəsinin formalaşmasından asılıdır. Bötövlükdə qeyri-neft sektorunun inkişafı sahibkarlığın tərəqqisi hesabına mümkündür. Bazar münasibətlərinə xas olan işgüzar aktivlik məhz bu fəaliyyət sahəsində aşkarlanır. Bazar mexanizminin mühüm elementi olan sağlam rəqabət mühitinin formalaşmasında sahibkarlığın inkişafı əsas şərtdir. Bunun üçün isə dövlət tərəfindən azad sahibkarlıq və liberal iqtisadiyyat siyasəti genişləndirilir. Əvəzində inkişaf edən sahibkarlıq bölməsi, özəl sektor məşğulluq, rəqabət qabiliyyətli məhsulların buraxılması, əhaliyə yüksək xidmətlərin göstərilməsi, dövlət büdcəsinə vergilərin ödənilməsi və s. bu kimi məsələlərin həllini öz üzərinə götürür.
Müsbət haldır ki, sahibkarlığın inkişafı iqtisadi artımı təmin etdiyindən dövlət onun maraqlarının müdafiəçisi rolunda çıxış edir. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, - "sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir". Prezident İlham Əliyev bu il oktyabrın 25-də Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində çıxışı zamanı deyib: "... Sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın.
Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin". Bu isə ölkəmizdə sahibkarlığın inkişafına Azərbaycan Prezidenti səviyyəsində yüksək dəstəyin ifadəsidir.
Sahibkarlıq fəaliyyətini tənzimləyən və onların işini asanlaşdıran, stimullaşdıran mühüm hüquqi sənədlər də imzalanır. Məsələn, Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə fərman imzalayıb. Bu sənədə əsasən vergi yoxlamaları istisna olmaqla sahibkarların yoxlanılması iki il müddətinə dayandırılıb.
Bununla yanaşı, dövlət başçısının 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" fərmanı ilə verilmiş tapşırığa uyğun olaraq, hazırda lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi və dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin müəyyən olunması ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təkliflər hazırlanır. Artıq sahibkarlara lisenziyalar "ASAN xidmət" mərkəzləri tərəfindən verilir.
Sahibkarlar da Azərbaycan Prezidentinin onlara dəstəyini yüksək qiymətləndirirlər. Bu ilin oktyabr ayında Bakıda keçirilən "Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar" konfransında iştirak edən sahibkarların Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində deyilir: "Ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün sistemli işlər görülür. Biz sahibkarlar gündəlik fəaliyyətimizdə Sizin böyük diqqət və qayğınızı hiss edir, Sizə arxalanırıq.
Sahibkarlıq fəaliyyətinə əsaslı müdaxilələrin, sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin olunması, gömrük və lisenziyalaşdırma sahəsində inzibatı prosedurların sadələşdirilməsi məqsədi ilə özəl sektorun inkişafında köklü dəyişikliklərə aparan və təşəbbüsünüzlə Milli Məclisdə qəbul olunan qanunu və imzaladığınız fərmanları sahibkarlığın inkişafı üçün atılan inqilabi addımlar kimi qiymətləndiririk. Ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən tarixi qərarlarınız nəinki sahibkarlar, eləcə də bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır, bizi daha fəal işləməyə həvəsləndirir".
Dünyada biznes mühitinin qiymətləndirilməsi istiqamətində ənənəvi olaraq hər il dərc olunan hesabatlarda ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanaraq 2015-ci ilin oktyabr ayının 27-də açıqlanan biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2016" hesabatıdır. Ötən il ərzində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi hesabatda mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlmişdir. Eyni zamanda, "Doing Business 2016" hesabatında 3 göstərici ("Biznesə başlama", "Tikinti üçün icazələrin alınması" və "Kiçik investorların maraqlarının qorunması") üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar xüsusi qeyd edilmişdir.
"Doing Business 2016" hesabatında əksər göstəricilər üzrə ölkəmizin mövqeyi yaxşılaşmışdır. Belə ki, Azərbaycan "Biznesə başlama" göstəricisi üzrə 5 pillə, "Tikinti üçün icazələrin alınması" göstəricisi üzrə 36 pillə, "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 15 pillə, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 49 pillə, "Xarici ticarətin aparılması" göstəricisi üzrə 72 pillə və s. irəliləmişdir.
Hesabatda Azərbaycan iqtisadiyyatı 189 ölkə iqtisadiyyatı arasında "Biznesə başlama" göstəricisi üzrə 7-ci, "Əmlakın qeydiyyatı" göstəricisi üzrə 22-ci, "Vergilərin ödənişi" göstəricisi üzrə 34-cü, "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 36-cı, "Müqavilələrin icrasının təmin edilməsi" göstəricisi üzrə 40-cı yerdədir. Bununla da, Azərbaycan "Doing Business 2016" hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olmuşdur.
"Doing Business 2016" hesabatında "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyanın ilk onluğuna daxil olmuş və Almaniya, İsveç, Estoniya, Slovakiya ilə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd olunmuşdur. Həmçinin, ölkəmizdə "Şəhərsalma və Tikinti Məcəlləsi"nin qəbul edilməsi, tikintiyə icazələrin alınması sahəsində "bir pəncərə" prinsipinin tətbiqi, aidiyyəti şəxslərlə əqdlər bağlanılarkən prosedurların təkmilləşdirilməsi kimi islahatlar nümunə kimi göstərilmişdir.
Qeyd edilməlidir ki, hesabatda ölkəmizin mövqeyinin yüksəlməsinə əsas səbəb Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq, sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi sayəsində mümkün olmuşdur.
Müstəqillik illərində bütövlükdə liberal və rəqabətqabiliyyətli bir iqtisadiyyat formalaşdırılmış, Azərbaycanda sərmayəçilər üçün cəlbedici, sadə və eyni zamanda, şəffaf və sabit bir iqtisadi sisteminin qurulması istiqamətində əhəmiyyətli tədbirlər görülmüşdür. Əsas hədəf isə biznesin inkişafına dəstək verməkdir. Bu yönümdə aparılan islahatlar gündən-günə böyüyən və artan Azərbaycan iqtisadiyyatının dinamik inkişafına təkan verir.
Bir sözlə, ölkəmizdə azad sahibkarlığın inkişafı üzrə həyata keçirilmiş liberal islahatlar, qəbul edilmiş dövlət proqramları bu sahənin tərəqqisi istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin etmişdir. Sahibkarlığın müdafiəsi və inkişafı üzrə dövlət siyasəti daha da gücləndirilir. Bu isə qarşıya qoyulmuş strateji məqsədə çatmağı - dayanıqlı iqtisadi inkişafı təmin edə biləcək düzgün yoldur.
Mahir Həmzəoğlu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.