Azərbaycanda dəniz nəqliyyatı ilə daşımaların 57%-ni neft yükləri təşkil edib İqtisadiyyat

Azərbaycanda dəniz nəqliyyatı ilə daşımaların 57%-ni neft yükləri təşkil edib

Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-aprel aylarında daşınmış yüklərin həcmi 2 615,2 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 26,4% artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşınan yüklərin 57,3%-ni neft yükləri təşkil edib.

Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 3 757,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3 066,6 min tonunu və ya 81,6%-i tranzit yüklər təşkil edib.

“2023-cü il may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 124,1 min ton olub”, - məlumatda qeyd olunur.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 52,3% artaraq 6,7 min nəfər olub.