Azərbaycan “Avro-5” benzininin istehsalına başlayacaq İqtisadiyyat

Azərbaycan “Avro-5” benzininin istehsalına başlayacaq

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində “Avro-5” standartlarına uyğun avtomobil benzinin istehsalına 2024-cü ilin birinci rübündə başlanılması nəzərdə tutulur.

Bu barədə Trend-ə SOCAR-ın "Caspian Oil&Gas" sərgisindəki stendində nümayiş etdirdiyi məlumatlara istinadən xəbər verir.

Qeyd olunub ki, NEZ öz işinə 1953-cü ildə başlayıb və indiyədək müəssisə tərəfindən 364 mln. ton neft emal edilib. Zavod 30 adda məhsul istehsal edir, istehsal edilən məhsulların 10%-i ixrac olunur.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.