Külli miqdarda pul mənimsəyən sabiq attaşe məhkəmə zalında həbs olundu İqtisadiyyat

Külli miqdarda pul mənimsəyən sabiq attaşe məhkəmə zalında həbs olundu

Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Nəcib Osmanov 6 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.

Qeyd edək ki, Osmanov Nəcib Tahir oğlu Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləyib. O 2021-2022-vi illərdə işlədiyi müddətdə dövlət büdcəsindən səfirliyə ayrılmış vəsaitin 347 min manatını mənimsəyib.
Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.