08 iyun 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, hərracda tələb 1,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.