Naxçıvanda vergi daxilolmaları 29 faiz artıb İqtisadiyyat

Naxçıvanda vergi daxilolmaları 29 faiz artıb

Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında müsbət dinamika davam edir.

Trend xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, 2023-cü ilin 11 ayında MR Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 150,4 milyon manatdan çox vergi daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 29 faiz və ya 34,1 milyon manat çoxdur.

Naxçıvan MR DVX-də qeydiyyatda olan vergiödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz və ya 38,6 milyon manat artıb.