Rusiya niyə ixraca qadağa qoyur? İqtisadiyyat

Rusiya niyə ixraca qadağa qoyur?

“Benzin idxalında da Rusiyadan asılılığın azalma dinamikası davam etdiyi üçün 2024-cü ildə daha az asılılığın olacağını deyə bilərik”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib: “Bu isə onu deməyə əsas verir ki, Rusyanın qadağası benzin çatışmazlığına səbəb olmayacaq, ən azı ona görə ki, bizdən və Rusiyadan fərqli olaraq Ai-95 markalı benzin istehsal edib satmağa yer axtaran ölkələr çoxdur.
O ki qaldı, Rusiya niyə ixraca qadağa qoyur? Rəsmi Moskva bunu kənar amillərlə əlaqələndirməyə çalışsa da, əsas səbəb sanksiyaların istehal və emal proseslərinə təsiridir”.