“Bakı Fond Birjası” səhm bazarının təşviqi ilə bağlı yeni qərar verib İqtisadiyyat

“Bakı Fond Birjası” səhm bazarının təşviqi ilə bağlı yeni qərar verib

“Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti səhm bazarının təşviqi ilə bağlı yeni qərar verib.

“APA-Economics” xəbər verir ki, “Bakı Fond Birjası”nın İdarə Heyətinin qərarına əsasən Səhm bazarının təşviq edilməsi məqsədi ilə ilk dəfə səhm buraxılışı edib listinqə alınan şirkətlər 1 iyul 2024-cü il tarixindən 31 dekabr 2024-cü il tarixinə qədər listinq haqqından azad edilir.