“Azərbaycanla Çin arasında əməkdaşlıq daha da güclənəcək” İqtisadiyyat

“Azərbaycanla Çin arasında əməkdaşlıq daha da güclənəcək”

“Rusiya-Ukrayna müharibəsindən sonra Orta dəhlizə marağın artdığının müşahidə edilməsi Azərbaycanla Çin arasında əməkdaşlığın daha da güclənəcəyindən xəbər verir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib. O, bildirib ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Orta dəhlizin əhəmiyyəti daha da artacaq: “Nəticə etibarilə Çindən Avropaya daşınan yüklər Azərbaycan üzərindən daşınan yüklərin də əhəmiyyətli artımına səbəb olacaq”.