“Bu, Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət daşıyacaq bir layihədir” İqtisadiyyat

“Bu, Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət daşıyacaq bir layihədir”

“Zəngəzur dəhlizi yalnız Çin və Azərbaycan arasında münasibətlərin gücləndirilməsində deyil, bütövlükdə regionda nəqliyyat və logistikanın inkişafı baxımından da vacib hesab olunur”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib. O, bildirib ki, bu, Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət daşıyacaq bir layihədir: “Layihə həm Azərbaycanın Çinlə, həm də digər aparıcı ölkələrlə iqtisadi əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək.
Bütövlükdə, Astanada imzalanmış Birgə Bəyannamə Azərbaycan ilə Çin arasında strateji əməkdaşlığın dərinləşməsində yeni səhifə açacaq”.