“Yaşıl enerji mənbələri üzrə elektrik istehsalı iki dəfəyə yaxın artıb” İqtisadiyyat

“Yaşıl enerji mənbələri üzrə elektrik istehsalı iki dəfəyə yaxın artıb”

“Bu ilin ilk yarısında külək elektrik stansiyalarında 29,7 mln. kVt•st, günəş elektrik stansiyalarında 286,6 mln. kVt•st elektrik enerjisi istehsal edilib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov qeyd edib: “Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1081.7 mln. kVt•st) nisbətən iki dəfəyə yaxın artaraq 2032.4 mln. kVt•st-a çatıb”.