İcmal büdcədə 6 mlrd. manatdan çox profisit yaranıb İqtisadiyyat

İcmal büdcədə 6 mlrd. manatdan çox profisit yaranıb

2024-cü ilin birinci yarımilində icmal büdcənin gəlirləri 24 milyard 352,5 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 434,3 milyon manat və ya 9,1% azdır.

“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, icmal büdcənin xərcləri isə 18 milyard 198,9 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2487,5 milyon manat və ya 15,8% çoxdur.

Qeyd edilib ki, icmal büdcədə 6153,6 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.