NYMEX əmtəə birjasında təbii qazın qiyməti enib İqtisadiyyat

NYMEX əmtəə birjasında təbii qazın qiyməti enib

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

"APA-Economics" xəbər verir ki, sentyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,64% azalaraq 2,173 ABŞ dolları təşkil edib.