ABŞ-nin kommersiya neft ehtiyatları 420 mln. bareldən aşağı enib İqtisadiyyat

ABŞ-nin kommersiya neft ehtiyatları 420 mln. bareldən aşağı enib

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 6 873 min barel azalaraq 418 310 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 600 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.