Altı ayda Naxçıvana 150 mln. manat dotasiya ayrılıb İqtisadiyyat

Altı ayda Naxçıvana 150 mln. manat dotasiya ayrılıb

Bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən ümumilikdə 150,1 milyon manat dotasiya ayrılıb.

Bu barədə "APA-Economics"ə Hesablama Palatasından bildirilib.

Məlumata görə, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,9 milyon manat və ya 9% azdır.

Hesabat dövründə Muxtar Respublika büdcəsinin gəlirlərinin proqnozla müqayisədə icra səviyyəsi aylar üzrə 117%-145,7% arasında dəyişib, yüksək vergi daxilolmaları dövlət büdcəsindən ayrılan dotasiyaya qənaətlə nəticələnib.

Qeyd edək ki, 2024-cü il üzrə dövlət büdcəsindən Naxçıvan MR-a 336,5 milyon manat dotasiya ayrılması nəzərdə tutulub.