“Bu ölkəmizin qlobal və regional hədəflərə töhfəsidir” İqtisadiyyat

“Bu ölkəmizin qlobal və regional hədəflərə töhfəsidir”

“Azərbaycanda günəş enerjisi istehsalı bu ilin yanvar-avqust aylarında 9 dəfə artaraq 424.5 milyon kVt.sta çatıb. Bütövlükdə isə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 531,1 mln. kVt•st) nisbətən 1 240,7 mln. kVt•st artaraq 2 771,8 mln. kVt•st təşkil edib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib. O, bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda yaşıl zona formalaşdıran və eləcə də COP29-a ev sahibliyi edəcək Azərbaycanda bərpa olunan mənbələrdən enerji istehsalının artırılması regionda yaşıl enerji şəbəkəsinin genişlənməsinə dəstəkdir: “Bu ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də yaşıl iqtisadiyyatın güclənməsi ilə bağlı qlobal və regional hədəflərə töhfəsidir”.