“İcma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması vacibdir” İqtisadiyyat

“İcma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması vacibdir”

“Əksər inkişaf etmiş ölkələrdə ev təsərrüfatları və eləcə də icmalar bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş enerjisi istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib. O, bildirib ki, bu ev təsərrüfatlarının enerji satışından gəlir əldə etməsinə də imkan yarada bilir: “Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir”.