Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Sentyabrın 17-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.04% – 41,606.18 bəndədək azalıb, S&P 500 indeksi 0.03% – 5,634.58 bəndədək, Nasdaq indeksi isə 0.20% – 17,628.06 bəndədək artıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə sentyabrın 17-də FTSE 100 indeksi 0.38% – 8,309.86 bəndədək, Almaniyanın DAX indeksi 0.50% – 18,726.08 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,51% – 7,487.42 bəndədək artıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,05% artaraq 1.1120 dollar təşkil edib.