"Avrasiya Nəqliyyat Marşrutu” Assosiasiyasının yaradılması ölkələr arasında yükdaşımaları artıracaq İqtisadiyyat

"Avrasiya Nəqliyyat Marşrutu” Assosiasiyasının yaradılması ölkələr arasında yükdaşımaları artıracaq

"Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması yeni nəqliyyat dəhlizinin və onun inkişafı üçün əlavə impuls verəcək.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında Tacikistan Dəmir Yolları Dövlət Unitar Müəssisələrinin Yol rəisinin birinci müavini Sorbon Qulaxmadov çıxış edərkən deyib.

Onun sözlərinə görə, assosiasiyasının yaradılması ona iştirakçı olan ölkələr arasında yükdaşımaların artması üçün böyük imkanlar açacaq.
Sorbon Qulaxmadov qeyd edib ki, yükdaşımaların artması üçün nəqliyyat infrastrukturunun inkişafı və nəqliyyat marşrutlarının inkişafı vacibdir. Bu istiqamətdə Tacikistan öz səylərini əsirgəmir və inkişaf etdirir.