Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 3 dəfə artıb İqtisadiyyat

Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 3 dəfə artıb

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 447 milyon 489.9 min ABŞ dolları təşkil edib.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə və ya 290 milyon 942.5 min ABŞ dolları artıb. Belə ki, ötən ilin müvafiq dövründə Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 156 milyon 547.4 min ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycandan Portuqaliyaya ixracın həcmi 3 dəfə artaraq 437 milyon 678.7 min ABŞ dolları, Portuqaliyadan Azərbaycana ixracın həcmi isə 11.4% artaraq 9 milyon 811,2 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu dövrdə Portuqaliya ilə ticarət dövriyyəsi Azərbaycan ümumi ticarət dövriyyəsinin 1.44%-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ticarət dövriyyəsi 30 milyard 995.4 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 2 milyard 179.9 milyon ABŞ dolları təşkil edib.