“Növbəti ilin büdcə sənədləri çərçivəsində müzakirələr davam etdiriləcək” İqtisadiyyat

“Növbəti ilin büdcə sənədləri çərçivəsində müzakirələr davam etdiriləcək”

“Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib. O, bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək təkliflərini təqdim edəcəyi gözlənilir: “Növbəti ilin büdcə sənədləri çərçivəsində müzakirələrin davam etdiriləcəyi və maliyyə yükünün hesablanacağı gözlənilir”.