“Gələn il sosial xərclər 14 faiz artırılacaq” İqtisadiyyat

“Gələn il sosial xərclər 14 faiz artırılacaq”

Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq Pensiya və maaş ilə bağlı yanaşı digər hansı ödənişlər artırıla bilər? Xalqcəbhəsi.az-ın məlumatına görə, bunu şərh edən millət vəkili Vüqar Bayramov bildirib ki, gələn ilin büdcə sənədinə əsasən, gələn dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır: “2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn il sosial xərclər 14 faiz artırılacaq.
İlkin sənəddə sosial müdafiə və sosial təminat xərclərinin stukturu qeyd edilməsə də əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir. Yəni, sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir”.