Stefanie Stallmeister: Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafı üçün 44 mlrd. dollar tələb olunur İqtisadiyyat

Stefanie Stallmeister: Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafı üçün 44 mlrd. dollar tələb olunur

Azərbaycanda yaşıl iqtisadiyyatın şaxələndirilməsinə üçün kritik infrastruktura yatırımlar davam etdirilməlidir.

Bunu “APA-Economics”ə açıqlamasında Dünya Bankının Azərbaycan üzrə meneceri Stefanie Stalmeister deyib.

O bildirib ki, Azərbaycan dekarbonizasiya ilə bağlı 2060-cı ilə kimi ümumilikdə iqtisadiyyatın müxtəlif sahələrinə 44,1 milyard dollar investisiya yatırmalıdır.

“Elektrik enerjisi sahəsində investisiya boşluğu 13,8 milyard dollar, nəqliyyat sahəsində 4,4 milyard dollar, sənaye və digər sahələrdə 8,3 milyard dollar təşkil edir. Su effektivliyi sahəsində 17,6 milyard dollar, İqlim Ağıllı Kənd Təsərrüfatı sahəsinə 1,8 milyard dollar investisiya tələb olunur. Ümumi davamlılıq üzrə isə 19,4 milyard dollar yatırım edilməlidir”.

Stefanie Stalmeister əlavə edib ki, Azərbaycan Müəyyən Edilmiş Töhfələr (NDC) üzrə məqsədlərinə nail ola bilər. Amma bunun üçün iqlim dəyişiliklərinin gətirdiyi çətinlikləri fürsətlərə çevirib iqtisadiyyatın inkişafına daha çox səy göstərməlidir.