Almaniyada Azərbaycanın beynəlxalq yaşıl enerji siyasətinin istiqamətləri açıqlanıb İqtisadiyyat

Almaniyada Azərbaycanın beynəlxalq yaşıl enerji siyasətinin istiqamətləri açıqlanıb

Energetika naziri Pərviz Şahbazov külək enerjisi sahəsində dünyanın ən böyük tədbiri – “Wind Energy Hamburg” Konfransında (Almaniya) Azərbaycanın beynəlxalq investisiya və əməkdaşlığa əsaslanan yaşıl enerji siyasəti barəsində danışıb.

"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Qeyd olunur ki, nazir tədbirdə 2 mlrd. dollar dəyərində reallaşdırılan 2 QVt-lıq stansiyalar, Xəzər dənizinin 157 QVt külək enerji potensialı əsasında 2037-ci ilədək planlaşdırılan 18 QVt-lıq meqa layihələr və “yaşıl enerji dəhliz”lərindən danışıb.

“COP29 sədri olaraq Azərbaycanın “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi”, “Hidrogen Bəyannaməsi” kimi qlobal enerji keçidini sürətləndirəcək təşəbbüslərini, həmçinin Avropa Külək Enerjisi Assosiasiyası, alman şirkətləri ilə tərəfdaşlığı təmin edəcək imkanları diqqətə çatdırdıq”, - paylaşımda qeyd olunur.