AİB Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb İqtisadiyyat

AİB Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb.

“APA-Economics” Bankın "Asiyanın İnkişaf Perspektivləri" hesabatının sentyabr sayına istinadən xəbər verir ki, AİB Azərbaycanda real ÜDM artımı üzrə proqnozunu bu il üzrə 1,2%-dən 2,7%-ə, 2025-ci il üzrə isə 1,6%-dən 2,6%-ə yüksəldib.

Başqa sözlə, AİB iqtisadi artım proqnozunu müvafiq olaraq 1,5% və 1% bəndi yaxşılaşdırıb.