Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Azərbaycan Mərkəzi Bankı xarici startapa investisiya qoymaq üçün bank hesabından xarici valyutada köçürmələrə icazə verib.
"APA-Economics" xəbər verir ki, AMB-nin sədri Taleh Kazımov “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə qərar imzalayıb.
Qaydaya edilən dəyişikliyə əsasən, Azərbaycandan kənarda startapların nizamnamə kapitalında gələcək iştirak payının (səhmin) əldə edilməsi məqsədilə investisiyaların qoyulması (SAFE (simple agreement for future equity) müqavilələri) üzrə köçürmələr müvafiq investisiya obyekti ilə investor arasında bağlanmış müqavilə təqdim edilməklə və bir investor tərəfindən təqvim ili ərzində cəmi məbləği 100 min ABŞ dollarından çox olmamaqla aparılmasına icazə verilib.