Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
“Turizm sahəsində qiymətlərin optimallaşdırılması lazımdır”. Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib: “Çünki praktik olaraq bu gün hətta bölgələrdə belə turizm xidmətləri nisbətən yüksək hesab olunur. Təbii ki, burada sahibkarın gəlir və xərci də nəzərə alınmalıdır. Amma bizim təklifimiz ondan ibarətdir ki, turizm sektoruna dövlət dəstəyinin artırılması həyata keçirilsin. Bu, bəzi ölkələrdə olduğu kimi turizm sektorunda aşağı dərəcəli vergilərin, eləcə də əlavə dəyər vergisinin tətbiqi formasında həyata keçirilə bilər. Məsələn, bəzi ölkələrdə bu sektorda əlavə dəyər vergisi ölkə üzrə olan əlavə dəyər vergisindən təxminən 2 dəfə azdır”. O, bu praktikanın Azərbaycanda tətbiqinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb. V.Bayramov bunun turizmdə xərclərin azalmasına və qiymətlərin aşağı düşməsinə gətirib çıxara biləcəyini söyləyib.