İslam İnkişaf Bankı Cəbrayıl və Füzulidə suvarma sistemləri ilə bağlı layihə həyata keçirir İqtisadiyyat

İslam İnkişaf Bankı Cəbrayıl və Füzulidə suvarma sistemləri ilə bağlı layihə həyata keçirir

“Maliyyə imkanlarımızla çox həssas davranmalı və lazım olan dəstək göstərilməlidir”.
APA xəbər verir ki, bunu İslam İnkişaf Bankının Dayanıqlılıq və İqlim Dəyişikliyi ilə Mübarizə Departamentinin direktoru Syed Husain Quadri “Bakıda İqlim Dayanıqlılığı üçün Harmoniya” mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, əsas maliyyə təşkilatları tədbirlər görüblər:
“Özəl sektorla çalışmaqla bağlı çağırışlar var, amma bu əməkdaşlığı genişləndirmək üçün səylər göstərilməlidir. İslam İnkişaf Bankı olaraq iqlim dayanıqlılığının önəmini dərk edirik və Azərbaycanı bu sahədə dəstəkləyirik. Cəbrayıl və Füzulidə suvarma sistemləri ilə bağlı layihə həyata keçiririk. Bu heç də kiçik layihələr deyil. Bizim yenə də bu cür layihələrimizin davamlı olması üçün aidiyyəti orqanlarla, vətəndaş cəmiyyəti ilə danışıqlarımız davam edir”.