“Qiymət rəqabətindən daha çox keyfiyyət rəqabəti olmalıdır” İqtisadiyyat

“Qiymət rəqabətindən daha çox keyfiyyət rəqabəti olmalıdır”

“Turizmd’ qiymət rəqabətindən daha çox keyfiyyət rəqabəti olmalıdır”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, turizm eksperti Ruslan Quliyev deyib. Ekspert bildirib ki, tədbirlər sənayesi adlandırılan işgüzar turizmə isə festivallar, idman yarışları, müxtəlif beynəlxalq konfransların həyata keçirilməsi daxildir: “Burada istər festivallar, idman yarışları, müxtəlif beynəlxalq konfransların həyata keçirilməsi, məsələn, Formula 1, COP29, həmçinin bölgələrdə həyata keçirilən festivallar təbii ki, turizmi mövsümi xarakterdən çıxarmağa şərait yaradır. Azərbaycanı turizm destinasiyası kimi daha çox turist alan ölkə kimi cazib edir”. Ekspert qiymətlərin hər zaman gündəmdə olduğunu vurğulayıb: “Əlbəttə, qiymətlər hər zaman gündəmdə olan məsələlərdir. Düşünürük ki, dünya bazarına rəqabət qabiliyyətli məhsulların turizm xidmətlərini çıxararkən məhsulun maya dəyərinə təsir edən amilləri ilk növbədə araşdırmaq lazımdır. Təbii ki, bu qiymətin rəqabətindən daha çox keyfiyyət rəqabəti olmalıdır və tədricən də kəmiyyət göstəricilərini keyfiyyət göstəricilərinə keçirmək lazımdır”.