Aİ-də qaz anbarlarının ehtiyatları 105 mlrd. kubmetrə yaxınlaşır İqtisadiyyat

Aİ-də qaz anbarlarının ehtiyatları 105 mlrd. kubmetrə yaxınlaşır

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 94%-i ötüb.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 94,34% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 4,01 faiz bəndi çoxdur.

Qeyd olunub ki, hazırda anbarlardakı qazın ümumi həcmi 104,67 mlrd. kubmetrə yaxındır.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.