AMB sədri: Bu ilin yaşıl istiqrazlar haqqında qanun qüvvəyə minəcək İqtisadiyyat

AMB sədri: Bu ilin yaşıl istiqrazlar haqqında qanun qüvvəyə minəcək

Azərbaycanın maliyyə sektorunun 95%-i bankların payına düşür.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə çıxışı zamanı deyib.
O bildirib ki, bu ilin axırına yaşıl istiqrazlar haqqında qanun qüvvəyə minəcək.

Onun sözlərinə görə, yaşıl istiqraz real sektorun iştirakçılarına öz maliyyə kanallarını diversifikasiya etməyə imkan verəcək.

"Yaşıl bank konsepsiyasına gəldikdə isə qeyd etmək istəyirəm ki, banklar könüllü sürətdə maliyyə öhdəlikləri götürüblər"- deyə AMB sədri qeyd edib