Azərbaycan və Əfqanistan “Lapis Lazuli” marşrutu üzrə çoxtərəfli əməkdaşlıq imkanları müzakirə edib İqtisadiyyat

Azərbaycan və Əfqanistan “Lapis Lazuli” marşrutu üzrə çoxtərəfli əməkdaşlıq imkanları müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkiyəyə səfəri çərçivəsində Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşüb.

AZƏRTAC nazirliyə istinadən xəbər verir ki, görüşdə nəqliyyat sahəsində ikitərəfli və “Lapis Lazuli” marşrutu üzrə çoxtərəfli əməkdaşlıq imkanları müzakirə edilib.

Bu marşrut vasitəsilə Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.