“Nəqliyyat əlçatanlığı biznes subyektlərin yerinin dəyişməsinə də stimul olacaq” İqtisadiyyat

“Nəqliyyat əlçatanlığı biznes subyektlərin yerinin dəyişməsinə də stimul olacaq”

“Yeni metro xətlərinin tikintisi Bakının Şərq hissəsindən artıq üç istiqamət üzrə Qərb istiqamətində gedişi təmin edəcək”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib. R.Ağamirzəyev qeyd edib ki, bununla da sərnişin axını parçalanacaq: “İndiki statistikaya baxsanız görərsiniz ki, müəyyən stansiyalar daha çox yüklənir, müəyyən stansiyalar yarıdolu vəziyyətdə fəaliyyət göstərir. Qeyd etdiyim xətlərin tikintisi ilə bu vəziyyət də normallaşacaq və həmin ərazilərin də inkişafına gətirib çıxaracaq. Nəqliyyat əlçatanlığı biznes subyektlərin də yerinin dəyişməsinə də stimul olacaq. Yəni indiki halda şəhərin mərkəzində nəqliyyat əlçatanlığı daha yaxşı olduğundan hamı mərkəzə qaçırsa, amma bu stansiyalar tikiləndən sonra və digərləri ilə inteqrasiya olunandan sonra şəhərin digər sahələrində iş yerlərinin köçürülürməsi, şəhərin mərkəzinin yükünün azalmasına şərait yaradacaq”.