Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
“Bakıda qısa məsafəli hərəkət üçün şərait yaradılır. Zolaq ensizləşdirilməsi əməliyyatı görülür, bu da torpağın daha səmərəli istifadəsi yönündə verilmiş qərardır”. Bunu xalqcebhesi.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib: “Həmçinin artıq qalan sahədə ayrılmış avtobus, velosiped, piyada zolağı qurulur. İşlər bitəndən sonra keçən il ilə bu ilin fərqini müqayisə etsək eyni küçədə, prospektdə sizin yalnız avtomobillə getmək variantınız vardısa, indiki vəziyyətdə isə artıq alternativ formalaşır. Həm avtobusla getmək daha sürətlidir, həm velosipedlə, həmçinin skuterlə və ya piyada getmək imkanınız yaradılıb. Düşünürəm ki, şəhər daxilində piyada yolu ilə bağlı vəziyyət yaxşı deyil və bu maneələr aradan qaldırılmalıdır. Azmobilli insanlar ölkəmizin 37 faizini təşkil edir və onlar uşaqlar, uşaqlı valideynlər, qocalar, əlillərdir. Həmçinin əlillərə də uyğun şərait yaradılmalıdır. Həm ictimai nəqliyyatda, həm də digər yerlərdə. Bunlar hamısı “səfərimizi nə ilə təşkil edək?” sualının cavabıdır. Çünki əgər sizin bütün şəraitiniz, məsələn, asfaltınız şüşə kimi, amma digər tərəf baryerlidirsə, insanlar avtomobilə meyl edəcək. Ancaq bu halda insanlar qısa məsafələri piyada gəzəcək və ya velosipedlə hərəkət edəcək”.
Ekspert əlavə edib ki, bütün bunlar mərhələli baş verəcək və baş verənlərlə yanaşı, paralel olaraq ciddi maarifləndirmə aparılmalıdır ki, insanlar bütün bunları anlayışla qarşılasınlar.