Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
“Ərzaq inflyasiyası son zamanlar aktualdır. Bu məsələ insanları, iqtisadçıları, bu sahənin mütəxəssislərini narahat edir. Pandemiyadan sonra bütün məhsulların, xüsusən də ərzaq məhsullarının qiymətləri artmağa başladı. Bunun tərəfdarları da, əlehdarları da var”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Ekspert qeyd edib ki, ixracatçılar müəyyən zamanlar qiyməti artırmağa çalışırlar:
“Bunu xüsusən də son dövrlər hiss edirik. Ərzaq inflyasiyasına diqqət yetirsək görərik ki, onun əsas səbəbi idxaldır. Yəni bir çox ərzaq məhsullar var ki, biz onları alırıq, onlar da xarici amillərdən asılı olduğuna, qiymətlər artdığına görə bizə də təsir edir. Bəzən də olur ki, ərzaq inflyasiyası mövsümi xarakter daşıyır. Yəni mövsümdən asılı olaraq məhsulun qiyməti arta da bilir, enə də bilir. Son dövrlər iqlim dəyişilir. Müəyyən yerlərdə su çatışmazlığı olduğundan məhsulun maya dəyəri də artır. Bu da təbii ki, qiymətlərə təsirsiz ötüşmür”.
E.Qəribli həmçinin bildirib ki, biz bütün qida məhsullarını özümüz istehsal edə bilmərik:
“Bəziləri deyir ki, biz bütün məhsulları istehsal etməliyik. Təbii ki, burada müəyyən ehtiyat normaları var. Yəni biz fors-major vəziyyətinə düşdükdə əsas qida məhsullarını, ehtiyatda olsun deyə istehsal edə bilərik. Həmçinin hökumət bunun üçün proqramlar qəbul edir. Eləcə də dünyada gedən proseslərə qarşı durmaq çətindir.
Hesab edirəm ki, bizim kəndlilər daha yüksək dəyərə malik olan məhsulları seçib istehsal etməlidir, nəinki hər məhsulu. Yüksək dəyərə malik kənd təsərrüfatı məhsulunu istehsal edib ixrac etsək ölkəmiz, sahibkarlar, kəndlilər daha çox gəlir əldə edər”.
İqtisadçı kənd təsərrüfatında iri təsərrüfatların yaranmasına ehtiyac olduğunu deyib:
“Bunun üçün də beynəlxalq təcrübədən istifadə olunur. Hesab edirəm ki, istər İsraildə, istər Qərbi Avropada olan təcrübələri tətbiq etməklə biz bu sahənin həm səmərəliliyini artırarıq, həm də bu sahəyə təsir edən ərzaq inflyasiyasının artımını azalda bilərik”.
Röya İsrafilova