Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Bu gün Bakıda dördüncü “INMerge” Innovasiya Sammiti keçirilir.
İki günlük sammitdə müasir texnoloqiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.
Müzakirə olunacaq mövzular sırasında Fintech, Telekommunikasiya, E-ticarət, Süni intellekt, Marketinq, Insurtech kimi önəmli və hazırda trend hesab edilən mövzular olacaq. Bundan əlavə, "yeni iqdisadiyyat" vertikalında qabaqcıl texnoloqiyaların istehsal innovasiyasını necə idarə etdiyi kimi mövzular müzakirə olunacaq.
Sammit zamanı həyata keçiriləcək Startaplar müsabiqəsi 25.000 dollar mükafat fondunda malik olacaq. Bununla yanaşı, startap sahibləri həm investorlar tərəfindən investisiya, həm də PAŞA Holdinq tərəfindən əlavə 200.000 dollaradək yatırım əldə edə biləcəklər.
Xatırladaq ki, tədbirdə YouTube-un həmtəsisçisi Steve Chen, Amazon-un baş texnologiya direktoru Werner Vogels və Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi tanınmış spikerlər çıxış edəcək.
Qeyd edək ki, APA "PAŞA Holdinq"in təşkilatçılığı ilə keçirilən sammitin informasiya tərəfdaşıdır.