Bu il "SİMA" və "ASAN imza" ilə 47 milyondan çox əməliyyat aparılıb İqtisadiyyat

Bu il "SİMA" və "ASAN imza" ilə 47 milyondan çox əməliyyat aparılıb

Bu il "SİMA" və "ASAN imza" ilə 47 milyondan çox əməliyyat həyata keçirilib.

Bunu Bakıda keçirilən "İNMerge" İnnovasiya Sammitində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, "SİMA" və "ASAN imza" vasitəsilə bu il həyata keçirilən əməliyyatların heç biri kiberhücuma məruz qalmayıb:

"Bu da rəqəmsal platformalara olan inamı artırır. Bu platformalar təkcə hökumətin günlük fəaliyyətində deyil, digər sahələrdə də geniş istifadə olunur".