Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi dosent Vazeh Əskərov “Quacquarelli Symonds” (QS) şirkətinin baş icraçı direktoru Cesika Terner və QS-nin Analitika və qiymətləndirmə şöbəsinin rəhbəri Ley Kamolins ilə görüşüb.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Rektor əvəzi Vazeh Əskərovun “Dünya Akademik Sammiti”ndə iştirak üçün Birləşmiş Krallığa rəsmi səfəri çərçivəsində Londondakı QS mərkəzində keçirilən görüş zamanı tərəflər ADNSU-nun qlobal mövqeyini möhkəmləndirmək və mühəndislik sahəsindəki töhfələrini artırmaq məqsədilə gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Onlar bu əməkdaşlıqdan faydalanaraq akademik mükəmməlliyi və innovasiyanı gücləndirməyi hədəfə aldıqlarını qeyd ediblər.