Dövlət Xidmətinin rəisi: Süni intellekt kibermüdafiə strategiyalarımızı gücləndirməyə imkan verir İqtisadiyyat

Dövlət Xidmətinin rəisi: Süni intellekt kibermüdafiə strategiyalarımızı gücləndirməyə imkan verir

Süni intellekt bizə kibermüdafiə strategiyalarımızı gücləndirmək, təhdidləri avtomatik aşkarlamaq üçün misilsiz imkanlar verir. Süni intellektə əsaslanan texnologiyalardan istifadə etməklə biz real vaxt rejimində kibertəhlükələri aşkar etmək və onlara cavab vermək qabiliyyətimizi artıra bilərik.

“APA-Economics” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev "Simsiz Rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" təlim proqramının açılış mərasimində deyib.

O bildirib ki, bu təlim proqramı təkcə milli təhlükəsizlik üçün deyil, həm də müasir iqtisadiyyatların dayanıqlılığı üçün vacib olan simsiz rabitə sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə süni intellektdən istifadə bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.