Ölkədə 9 ayda 1,7 tondan çox qızıl istehsal edilib İqtisadiyyat

Ölkədə 9 ayda 1,7 tondan çox qızıl istehsal edilib

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 1752.1 kq qızıl, 2308 kq gümüş istehsal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.2% artıb, gümüş istehsalı isə 23.8% azalıb.

Qeyd edək ki, 2024-cü il oktyabr ayının 1-nə Azərbaycanda gümüş və qızıl üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 663.5 kq və 302.3 kq təşkil edib.