Azərbaycandan keçən nəqliyyat dəhlizləri ilə daşınan yüklərin həcmi açıqlanıb İqtisadiyyat

Azərbaycandan keçən nəqliyyat dəhlizləri ilə daşınan yüklərin həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi 21 950,4 min ton olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 10 049,9 min tonu və ya 45,8%-i dəmir yolu nəqliyyatı, 6 579,9 min tonu və ya 30%-i avtomobil nəqliyyatı, 5 320,6 min tonu və ya 24,2%-i dəniz nəqliyyatı ilə daşınıb.

Məlumata görə, dəhlizlər vasitəsilə daşınan yüklərin 58,4%-i və ya 12 819,5 min tonunu tranzit yüklər təşkil edib.